Maykl Cekson niyə qızının üzünü hamıdan gizlədirdi?
9 İyun 2012 17:34 (UTC+04:00)
Mövqe.Az Amerika mətbuatına istinadən yazır ki,
Maykl Ceksonun 14 yaşlı qızı Peris Cekson atası haqqında bütün
həqiqətlərə Opra Uinfrinin verilişində aydınlıq gətirdi. Maykl
Ceksonun qızı Peris deyib: "Atamla biz həmişə bir yerə
gedəndə üzümüzü bağlamağımızı tələb edirdi. Düzdür, mən buna
görə özümü pis hiss edirdim.Başa düşmürdüm bunun səbəbini və
atama hirslənirdim. Lakin indi başa düşürəm ki, atam məni və
qardaşlarımı qorumaqn üçün belə edirdi. Biz üzümüzü
gizlətdiyimiz üçün çoxları bizi tanımırdı və biz digər uşaqlar
kimi oyun zallarına və kafeyə gedirdik. Atam istəyirdi
ki, biz uşaqlıq illərimizi digər uşaqlar kimi normal keçirək
və paparazzilərin hədəfinə çevrilməyək".