Nazirlikdə Samur çayı üzərində körpü məsələsi müzakirə edildi
18 Fevral 2014 18:45 (UTC+04:00)
Nəqliyyat Nazirliyində İşçi Qrupun iclası keçirilib. Movqe.az-ın
Nəqliyyat Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,
tusiya ilə Azərbaycan hökuməti arasında Samur çayı üzərində yeni
avtomobil körpüsünün tikintisi ilə əlaqədar sazişin
reallaşdırılması üzrə birgə İşçi Qrupun I iclası keçirilib. Iclasda
Nəqliyyat Nazirliyinin, eləcə də Azərbaycanın və Rusiyanın müvafiq
dövlət strukturlarının nümayəndələri, həmçinin layihə
təşkilatlarının ekspertləri iştirak ediblər. Azərbaycan
tərəfindən İşçi Qrupun rəhbəri Nəqliyyat nazirinin müavini Musa
Pənahov, Rusiya tərəfindən isə Ruiya federasiyası Nəqliyyat
Nazirliyinin Departament müdiri İqor Kostyuçenkodur. Müzakirələrdə
"Yaraq-Qazmalar (Rusiya Federasiyası)-Samur" (Azərbaycan
Respublikası) buraxılış məntəqəsi rayonunda Samur çayı üzərində
körpünün tikintisi ilə bağlı texniki məsələlər, tikintinin layihəsi
və s. məsələlər müzakirə olunub.
İşçi Qrupun üzvləri növbəti iclasın cari ilin aprel ayında Moskva
şəhərində keçirilıməsinin zəruriliyini qeyd ediblər.