Brilliantın bacısını canlı efirdə ərinin qohumları belə biabır etdi !
18 Fevral 2014 18:33 (UTC+04:00)
Müğənni Lalə Dadaşovaya qadağa qoyulub. Mövqe.az xəbər verir ki,
müğənninin ölmüş həyat yoldaşı barədə danışılması ona qadağa
qoyulub. "Ümid var"ın canlı yayımına qoşulan müğənninin ərinin
əmisiqızı və əmisinin həyat yoldaşı barədə danışıb : " Biz Lalə
üçün qadağa qoyuruq ki, Elçinin adını çəkməsin. Bizim bir gəlnimiz
olub. O, da Elçinin xalası qızı Mənzurə adlı xanım. Başqa
deyəcəyimiz odur ki, biz Laləni tanımırıq, tanımaq da istəmirik !
Əl çəksin bizdən ! Elçin Cəfərovun xanımlar xanımı bacısı var.
Elçin elə Elçin idi. Şah idi, sənətkar idi".
Elçin Cəfərovun qohumları Samirə və Lalə davasına da münasibət
bildirib : " Samirə meyxanaçı deyil. Samirə qədər sənətləri olsun
sonra sağol desinlər. Samirə meyxanaçı deyil, müğənnidir,
sənətkardır. Ona elə söz demək lazım deyil".
Qeyd edək ki, Lalə Dadaşova Samirəni əxlaqsız və çoxsaylı
sevgililəri olan qadın kimi təqdim edib.