Xırdalanda ev yandı, içəridəki iki azyaşlı uşaq tüstüdən zəhərləndi

18 Fevral 2014 19:11 (UTC+04:00)
Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 18 kv.m sahədə yanıb.Yanğın zamanı mənzildə köməksiz qalmış 2 azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş halda xilas olunub və Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.