Quru saçlar üçün maska resepti

9 İyun 2012 17:56 (UTC+04:00)
Yay fəslində saçların qulluğa daha çox ehtiyacı var. Çünki günəşin şüaları saçlarda saçqıran, ümumi quruluq yaradır. Saçlarımızın sağlamlığı qidalanmağımızdan da asılıdır.

Salona getməyə bəzən qadınların ya imkanı, ya da vaxtı olmur. Ancaq ev şəraitində də saçlara qulluq etmək olar.
Quru saç üçün maska:
1 xörək qaşığı gənəgərçək yağı
1 xörək qaşığı zeytun yağı
1 çay qaşığı quru saç üçün şampun
Qatışığı saçınızın dibinə çəkib isti dəsmalla başınızı bağlayın.2 saatdan sonra başınızı şampunla yuya bilərsiniz.