Bakıda 90 000 manatlıq qarət
19 Fevral 2014 09:30 (UTC+04:00)
Bu gecə Bakının Sabunçu rayonu Ramana Südçülük
savxozu yeni tikilidə oğurluq hadisəsi baş verib. Belə ki Vaqif
Süleymanova məxsus mənzildən 55 min manat pul və 30 min manat
dəyərində qızıl zinət əşyası oğurlanıb. Ev sahibinin sözlərinə görə onlar evdən axşam saat 19-dan
çıxıb 23-45 də geri dönüb və bu mənzərə ilə rastlaşıb. Mənzilin 4
otağındakı əşyalar oğrular tərəfindən alt üst edilib edilib. Demək
olar ki evin hər yeri oğrular tərəfindən
axtarılıb. Hadisəni görən ev
sahibi dərhal rayon polis idarəsinə müraciət edib. Hadisə yerinə
rayon polis idarəsinin əməkdaşları cəlb olunub. Hadisə yerində
araşdırma aparan hüquq mühafizə orqanlarının əməkdaşları dəlil
sübutları götürərək dərhal şübhəli şəxs və ya şəxslərin axtarışına
çıxıb. Faktla bağlı araşdırma
aparılır.