Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin görüşünün proqramı açıqlanıb

19 Fevral 2014 10:25 (UTC+04:00)

Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Maya Pancikidze və Əhməd Davudoğlu çərşənbə günü XİN rəhbərlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Gəncəyə gəliblər.

Movqe.az-ın məlumatına görə, iclasa qədər Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan və Türkiyə-Gürcüstan formatında ikitərəfli görüşlər keçiriləcək.

Daha sonra nazirlər məhdud formatda üçtərəfli görüşlər keçirəcəklər.

Yerli vaxtla saat 11:00-da Gəncə şəhər İcra Hakimiyyətində geniştərkibli üçtərəfli görüş baş tutacaq.

Nazirlər iclasın yekunlarına dair tbuat konfransı keçirəcəklər.

Nazirlərin həmçinin Gəncədə Gürcüstanın Baş konsulluğunu açılışı mərasimində iştiorakı da gözlənilir.