Elzanın atası onları niyə atıb, gedib ? - AÇIQLAMA

19 Fevral 2014 10:57 (UTC+04:00)
Əməkdar artist Elza Seyidcahan " Düz üzünə" verlişinin qonağı olub. Mövqe.az xəbər verir ki, müğənni atası barədə açılan faktları inkar edə bilməyib. Belə ki, verliş zamanı məlum olub ki, Elzanın atası oğlu olmadığına görə onları atıb-gedib. Elzagili 4 bacı olublar. O zamandan bəri Elza cəmi bircə dəfə atasını metroda görə bilib : " 1993-cü ildə 20 yanvar metrosunda yanımdan keçib, getdi. Bircə dəfə elə o zaman gördüm. Neçə illərdən bəri ilk dəfə atamı görsəm də yaxınlaşmadım".

Elza Seyidcahan atasının içki düşkünü olduğunu da açıqlayıb : " Atam içki düşkünü olduğu üçün anama mane olmayıb ki, bizi böyütsün.Özü çıxıb, gedib.  Ona qarşı incikliyim yoxdu. O vaxtdan onu axtarmamışam. Əgər onu indi tapsaydım, son gününə kimi ona baxardım. Bu mənim övladlıq borcumdu".