Şəhriyar Zamiqin bostanını daşladı

19 Fevral 2014 11:23 (UTC+04:00)
Aparıcı Şəhriyar Əbilov müğənni Zamiq Hüseynova söz atıb. Mövqe.az xəbər verir ki, aparıcı müğənnilərin son zamanlar sadəcə mahnı oxumaqla kifayətlənib, şou göstərmədiklərindən gileylənib : " Müğənni mütləq səhnədə ifa etdiyi musiqiyə uyğun rəqs etməlidir. Bundan utanmamalıdı, çəkinməməlidi. Mən aparıcı olaraq rəqs edirəm. Siz isə (müğənniləri nəzərdə tutur - red) tənbəllik edirsiniz. Şərt o deyil ki, ukraynalı rəqqasələri yığasınız arxaya, özünüz öndə oxuyasınız və millət də ancaq onlara baxsın".


Xatırladaq ki, müğənni Zaqmiq Hüseynov məhz sonuncu konsertində belə etmişdi. Və aparıcı gizli də olsa buna eyham vurdu.