Toliklə işlədikdən sonra Sevdanın toy qiymətləri artıb

19 Fevral 2014 11:46 (UTC+04:00)
Şou-biznesin ən çox müğənni dəyişən prodüsseri Tolik və ən çox prodüsser dəyişən müğənnisi Sevdanın iş birliyi artıq bir ildən çoxdur ki, davam edir. Hətta müğənni Sevda Yəhyayeva prodüsseri Toliklə işlədikdən sonra toy qiymətlərində artım olduğunu açıqlayıb. Mövqe.az xəbər verir ki, müğənni bu iş birliyindən çox razıdı : " İnşallah  bu işbirliyimiz uzun ömürlü olar. Tolik peşəkardı. İşini bilən insandı. Boynuma alıram ki, Toliklə işlədikdən sonra toy qiymətlərim də artıb ".