TQDK-dan xəbərdarlıq-Ərizə qəbuluna 1 gün qaldı

19 Fevral 2014 11:57 (UTC+04:00)
Magistraturaya və rezidenturaya qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulunun başa çatmasına 1 gün qalır. Cari tədris ili üçün magistratura və rezidentura səviyyələri üzrə müsabiqədə iştirak etmək üçün ərizə qəbulu davam edir. Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, 19 fevral saat 11:00-a a qədər magistraturaya 17276 nəfər, rezidenturaya isə 1071 namizəd ərizə verib. Xatırladırıq ki, qeyd olunan imtahanlarda iştirak etmək istəyən şəxslər üçün ərizə qəbulunun vaxtı 2014-сü il fevralın 20-də başa çatacaqdır.