Niyam Salami niyə boşanıb ?

19 Fevral 2014 11:53 (UTC+04:00)
Müğənni Niyam Salami tənhalığın alın yazısı deyil, seçim olduğunu düşünür. Müğənni hal-hazırda tənha yaşayır. Bu barədə Mövqe.az-a məlumat verən Niyam Salami boşanma qərarını özü verdiyini açıqlayıb : " Mən boşanma qərarını özüm verdim və qarşı tərəf də buna razı oldu. Çünki aramızda problemlər yaşanırdı və mən o problemlərin şişməyini istəmirdim. Bizim evliliyimiz çox az zamanda həll oldu. Bir - birimizi heç yaxşı tanımırdıq. Evlilik üçün sevgi əsasdı".

Müğənni evlənməmişdən öncə başqa bir xanıma olan sevgisini də etiraf edib : "Bəli, əsl sevgi yaşamışam. Amma olmadı. O, sevgidən sonra dünya mənə boş gəldi. Bəlkə də ona görə evliliyim alınmadı. Çünki ürək plasmas deyil ki, hər dəfə sevsin, necə istəsən elə olsun. Ürək bir dəfə sevər".

Qeyd edək ki, müğənninin bu il 37 yaşı tamam olur və o, hələ də subay yaşayır.