Əli Həsənov: "Hər bir məmur öz övladına nəzarət etməlidir"

19 Fevral 2014 12:30 (UTC+04:00)
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (Qaçqınkom) sədri Əli Həsənov son günlər mediada məmur övladları ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.  "Qafqazinfo"nun sualına cavab olaraq Əli Həsənov qeyd edib ki, məmurlar övladlarına nəzarət etməlidir:

"Mənim də övladlarım var. Sizin xəbəriniz var o kimdir? Onu heç kim tanımır. Hər bir məmur öz övladına nəzarət etməlidir".