"Google Glass"dan xəbərdarlıq! Tərbiyəsizləşməyin!

19 Fevral 2014 15:08 (UTC+04:00)

İstifadəçilərinə təzyiq yaratmadan "Tərbiyə" ironiyasıyla yaxınlaşan Google firması Google Glasslardan sui-istifadə edilməsini istəmədiyini açıqlayıb. Geyilə bilən texnologiyanın ən maraqlı məhsullarından Google Glass üçün bir siyahı yayımlanıb.Bu davranışların yalnız istifadəçiyə deyil , məhsula , firmaya və digərlərinə də zərəri olacağını xatırladan Google , gözlüyün müxtəlif məkanlarda qadağan edilməsindən sonra daha diqqətli olmağa qərar verib. 

Movqe.Az xəbər verir ki, 2013-ci ilin sonu və ya 2014-ci ilin əvvəllərində çıxması gözlənilən Glassın qiymətinin 1500 $-dan aşağıda olması gözlənilir.


"Google Glass"ın texniki xüsusiyyətləri:


Android 4.0.4 əməliyyat sistemi


16 GBlik yaddaş


1 GB RAM


1.2 GHz cüt nüvəli ARM Cortex -A9 və ya OMAP 4430 prosessorlar


5 MP 720p görüntü keyfiyyətində kamera


WiFi , GPS , Bluetooth