ADPU-dan ölən müəllimlə bağlı açıqlama:"Auditoriyada onu əsəbləşdirən olmayıb"

19 Fevral 2014 15:20 (UTC+04:00)

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dərs zamanı müəllim dünyasını dəyişib.  Bu barədə Movqe.az-a ADPU-nın mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov məlumat verib. M. İbrahimov bildirib ki, Ümumi Pedaqogika kafedrasının professoru 71 yaşlı Ağahüseyn Həsənovun dərs zamanı qəflətən vəziyyəti pisləşib. Təcili yardım çağırılsa da, müəllimi xilas etmək mümkün olmayıb: " Ağahüseyn müəllim uzun müddət idi xəstə idi. İşə də yeni çıxmışdı. Bir neçə dəfə infakt keçirib. Ürəyində tromblaşma var idi. Auditoriyada onu dərs zamanı səbləşdirən olmayıb. İnfakt keçirərək dünyasını dəyişib".