Kıvanç Tatlıtuğ evini tərk etdi

19 Fevral 2014 15:35 (UTC+04:00)

Beylerbeyindəki villasında verdiyi partilər ucbatından qonşularıyla problem yaşayan Kıvanç Tatlıtuğun, evini su basıb.

Kıvanç Tatlıtuğ ötən il Beylerbeyində Kastelli Villalarından 5 min TL-ə tripleks ev kirayə götürmüşdü.


Movqe.Az xəbər verir ki, bağçasında  iti Pars üçün ev tiktirən Tatlıtuğun kefi, qonşuları ucbatından pisləşib.


Məhəllə sakinləri, "Partilərdən bezdik" deyərək Tatlıtuğu şikayət edib. Problem bununla bitməyib.


Sonda evini su basdığı üçün aktyor oranı tərk etmək məcburiyyətində qalıb.