Note 3 üçün yeniləmə!

19 Fevral 2014 16:49 (UTC+04:00)

Android 4.4 KitKat yeniləməsini sonra Galaxy Note 3-də ortaya çıxan üçüncü partiya aksesuar problemi üçün yeni firmware yeniləmə nəşr olundu.


Movqe.Az xəbər verir ki, Cənubi Koreya mərkəzli texnologiya nəhəngi Samsung , keçən ayın sonlarına doğru IFA 2013-də tanıtdığı Galaxy Note 3 üçün Android 4.4 KitKat yeniləməsini yayınlayıb. Yavaş yavaş yeniləməni istifadə etməyə başlayan Note 3 istifadəçilərindən , üçüncü partiya aksesuarların uyğun olaraq işləmədiyi şikayətləri gəlməyə başlamışdı. Daha sonra Samsung , S View kimi aksesuar problemlərini düzəltmək üçün yeni aktuallaşma yayınlayacağını açıqlamışdı.

Galaxy Note 3-də yaşanan aksesuar uyğunsuzluğunu aradan qaldıracaq yeni "firmware" yeniləməsini əldə etmək üçün cihazın , Android 4.4 KitKat-a sahib olmasının lazım olduğu deyilir .


Hazırda Rusiya və Polşada mövcud olan aktuallaşdırmanın növbəti zamanlarda digər ölkələrə də çatması gözlənilir.