Müğənni Kərim: “O məni itələyərək özü ifa etdi”

10 İyun 2012 13:17 (UTC+04:00)
Mövqe.Az xəbər verir ki, Kərim Abbasov verdiyi açıqlamada ona qarşı  edilən hörmətsizlikdən danışdı.

"Bu gün yaşlı nəsilin nümayəndələri olan ifaçılar insanlarla elə davranırlar ki, sanki, biz insan deyilik. Hətta bu yaxınlarda başıma belə bir hadisə gəldi. Məclislərdən birin də, mən ifa etmək istəyərkən xalq artisti gəlib məni itələyərək ifa etməyə başladı.

Adını çəkmək istəməsəm də, bu gün bəzi yaşlı nəsilin nümayəndələri heç kimə hörmət qoymurlar. Əgər onlar bizə hörmət qoymurlarsa biz bu gün nə örgənəcəyik onlardan?", - Kərim bildirib.

Qeyd edək ki, müğənni yaşlı nəsil arasında hörmət ediləcək insanlarında olduğunu vurğulayıb.

"Mən demirəm ki, hamısı belədir. Onların arasında yaxşılarıda var. Lakin yaxşı olardı ki, onlar cavan nəsilə yer versinlər. Bu gün bizim xalqı yaşadan gənclikdir". – Kərim dedi.

Türkan Nadirqızı

Movqe.Az