Paytaxt məktəblərinin məzunlarının göstəriciləri açıqlandı
19 Fevral 2014 16:43 (UTC+04:00)
Bakı abituriyentlərinin qəbul imtahanlarında
topladığı orta bal ötən illə müqayisədə artıb. Movqe.az-ın
məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının
sədri Məleykə Abbaszadə paytaxt məzunlarının qəbul imtahanlarında
göstərdikləri nəticələrin müzakirəsinə həsr olunan müşavirədə
deyib.
O bildirib ki, 2012-ci ildə Bakı məzunlarının
qəbul imtahanlarında topladığı orta bal 238,911-ə, 2013-cü ildə isə
244,737-ə bərabər olub. Ötən ilin bu nəticəsi respublika üzrə orta
göstəricidən 8,4%-dən yuxarıdır. Bu göstərici ilə Bakı şəhər Təhsil
Şöbəsi imtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri
arasında 10-cu yerdə dayanır. M.Abbaszadə qeyd edib ki, son 2 ildə Bakı şəhəri üzrə qəbul
imtahanlarında iştirak etmiş məzunların qəbulolma göstəriciləri
artıb. Belə ki, 2012-ci ildə iştirak edən məzunların 51,75%-i
tələbə adını qazanıbsa, 2013-cü ilə imtahanda iştirak edən
məzunların 55,91%-i ali məktəbə qəbul
olub. Komissiya sədri əlavə edib ki,
paytaxtın Azərbaycan bölməsi abituriyentlərinin biologiya fənni
üzrə göstəricisi respublikanın orta göstəricisindən aşağıdır. Ana
dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və
ingilis dili fənləri üzrə göstəricilər respublika üzrə orta
göstəricilərdən yuxarıdır. Bakının rus
bölməsinin abituriyentlərinin göstəriciləri biologiya və coğrafiya
fənləri üzrə respublikanın orta göstəricilərindən aşağıdır. Şəhərin
ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, ingilis dili
fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricilərdən
yuxarıdır. Ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix və
ingilis dili fənləri üzrə göstəriciləri isə respublika üzrə ən
yüksək göstəriciyə bərabərdir. M.Abasszadə bildirib ki, ümumilikdə 2013-cü ildə Bakıda 19 952
nəfər attestat alıb. Attestat alanların 84,24%-i (16 807 nəfəri)
qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının
nəticələrinə əsasən, şəhərin 9396 məzunu (imtahanda iştirak
edənlərin 55,91%-i) tələbə adını qazanıb. Onların 34,26%-i (3219
nəfəri) dövlət, 1,01%-i (95 nəfəri) özəl ali təhsil müəssisələrinə
dövlət sifarişi üzrə, 48,49%-i (4556 nəfəri) dövlət, 16,24%-i (1526
nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə
qəbul olub.