Parkda insan cəsədi tapıldı

19 Fevral 2014 17:36 (UTC+04:00)

Almaniyanın paytaxtı Berlindəki bir parkda insan cəsədi tapılıb. Polis, öldürülmüş olduğu təxmin edilən oğlana aid olduğu sanılan cəsədlə əlaqədar şahidlərin köməyini gözləyir. 


Movqe.Az xəbər verir ki, hadisə yerinə gələn xüsusi qruplar skelet halına gəlməyə başlamış cəsədin qalan hissəsini torpaqdan çıxarıb və məhkəmə tibbdə araşdırmağa göndərib.


Edilən ilk araşdırmalara görə, skeletin 1.80 metr boyunda yetkin oğlan uşağına  aid olduğu təyin olunub. 


Sözügedən şəxsin öldürülmüş olduğunu təxmin edən 6. Berlin Cinayət Komissiyası, bu bölgədə şübhəli kəsləri görənlərin təcili olaraq təhlükəsizliyə xəbər vermələrini istəyib.