Nəhəng istridyə "Guinness"ə salındı

19 Fevral 2014 18:00 (UTC+04:00)

Danimarka sahillərində tapılan 35,5 santimetr genişliyindəki nəhəng istridyə dünyanın ən böyük istridyəsi hesab olunub.


Keçən il Jutland adasının cənubundakı dayaz sularda olan böyük istridyəni araşdıran dəniz bioloqları , indiyə qədər bu istridyənin daha böyüyünün olmadığını təsbit edərək , Guinness Rekordlar Kitabına müraciət ediblər. İndiyə qədər tapılan ən böyük istridyənin 30 santimetr olduğu Guinness Rekordlar Kitabı , yeni istridyəni rekord olaraq qeyd edib.


Movqe.Az xəbər verir ki, Danimarkadakı akvariumda yaşayan və artmaqda davam edən istridyənin yaşını 20 olaraq təxmin edən mütəxəssislər , istiridyələr öldükdən sonra qabıqlarındakı laylar sayılaraq yaşları təsbit edildiyindən hələlik yaş təsbitini dəqiq deyə bilmir.


Qabıqlarının içində inci meydana gətirən istiridyələr , incilərinin alınması və ya yemək üçün ovlanır.

İstridyə — Ostreoida dəstəsindan molyuska növü.