Çinin Kosmik Agentliyi iyun ayında kosmosa ilk idarə edilən stansiyanın göndəriləcəyini bəyan edib.
"Şeçjou-9" ölkənin şimal-qərbindəki kosmodroma gətirilib.
Sinxua agentliyi fəzaya qalxacaq 3 nəfərlik ekipaj üzvündən birinin qadın olacağını güman edib.
2003-cü ildə Çin orbitə öz müstəqil proqramı ilə kosmonavtlarını göndərən ölkələrin sırasına daxil olub.
Ötən il yerdən idarə olunan "Tyanqun-1" apparatı ilə orbital modulun uzlaşdırılması uğurla başa çatdırılıb.
"Şeçjou-9" göyərtəsində olan kosmonavtlar da eyni əməliyyatı həyata keçirməlidirlər.
Çinin dövlət proqramı çərçivəsində 2020-ci ilədək kosmosda daimi heyətə malik olan 60 tonluq stansiyanın yerləşdirilməsi nəzərdə tutulur.
Bundan əvvəl Amerika 16 ölkənin istifadə etdiyi Beynəlxalq Kosmik Stansiyada çinli kosmonavtların təmsil olunmasına etiraz edib.
Türkan Nadirqızı
Movqe.Az