Murad Arifdən "Lider"ə minnətdarlıq

19 Fevral 2014 19:37 (UTC+04:00)

Aparıcı-bəstəkar Murad Arifin "Lider"də yayımlanan "Solo" verilişinin beş yaşı tamam olur. 


Movqe.az-ın axşam.az-a istinadən xəbərinə görə, müğənni yubileylə bağlı fikirlərini bildirib:


"Bu beş il ərzində danışığımda, nitqimdə, davranışımda bayağılığa, reytinq arxasınca qaçaraq toplumun diqtəsi ilə oynamağa, süni, barmaqdan sovrulmuş qalmaqallara çalışdım ki, yol verməyim. Toylardan qazanan dəyərli oxuyanlar, "Solo" efirində toy tutmasın, bazar açmasın, musiqi dilində danışsın deyə çalışdıq. Zaman da sübut etdi ki, tamaşaçılarımız əsasən ziyalılarımızdır. Deyilənə görə, bizim prizmadan müğənnilər də fərqli görünür. İstədiyimiz hər bir fürsəti, təklif və şəraiti "Solo" kollektivinə çox görməyən "Lider"ə minnətdarıq".