Nazirlikdə kadr çatışmır

19 Fevral 2014 19:28 (UTC+04:00)
"Hazırda Təhsil Nazirliyində kadr çatışmazlığı hiss olunur". SalamNews-un verdiyi xəbərə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib. O deyib ki, nazirliyin Mərkəzi Aparatında 147 nəfər çalışır: "Buna baxmayaraq, nazirikdə aparılan struktur dəyişiklikləri zamanı statistika şöbəsi və təhsil keyfiyyətinin dəyərləndirilməsi genişləndirilib."