Vampirlərin öldürülməsi üçün 19-cu əsrin dəsti satılır

10 İyun 2012 13:31 (UTC+04:00)
 Kraliça Viktoriyanın dövrünə məxsus vampirlərin ovlanması üçün tələb edilənlər İngiltərəinin şimalında hərraca çıxarılacaq.

19-cü əsrin mücrüsündəki, sarımsaq pastası, incil, müqəddas su, tapança, çəkic və müxtəlif pazların təqribən 3 min dollara satılacağı güman edilir.

Auksion İyun ayının sonunda keçirilməlidir.

Hərraca çıxarılacaq dəstin Yorkşir qraflığının sakininə dayısından miras qaldığı bildirilir.

Satıcının adı açıqlanmayıb.

Tennants Auctioneers hərrac evinin nümayəndəsi bu kimi əşyalara ilk dəfə rast gəldiyini deyib.

BBC-news bildirir ki, Oonagh Drag komplektin yığılmasının 19-cu əsrdə populyar Bram Stoker-in Drakula kitabının çap olunduğu dövrə təsadüf etdiyini bildirir.

Türkan Nadirqızı

Movqe.Az