Qəza törədərək qaçmaq istəyən "Jeep" daha 2 qəza törədib

20 Fevral 2014 09:40 (UTC+04:00)
Bu gecə Bakının Yasamal rayonu Yeni yasamal 1 ünvanında 3 avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı "Jeep" markalı avtomobilin sürücüsü idarə etməni itirərək əvvəlcə mağazaya daha sonra yol kənarındakı "Lada Priora" markalı avtomaşına çırpılıb. Hadisə yerindən qaçmaq istəyən "Jeep" markalı avtomaşının sürücüsünə yol kənarındakı işıq dirəyi mane olub. Şahidlərin sözlərinə görə "Jeep"in ön təkərinin çıxmasına baxmayaraq o dayanmayıb. Sonda "Jeep" yol kənarında dayanan "Qazel" markalı yük maşınına çırpıldıqdan sonra dura bilib. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları sürücünün içkili olduğundan şübhələnərək onu alkoqol testi məntəqəsinə aparıblar. Yararsız vəziyyətə düşən maşın isə evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır