Martda 10 gün qeyri - iş günü olacaq

20 Fevral 2014 09:56 (UTC+04:00)

Nazirlər Kabinetinin ötən ilin dekabrında verdiyi qərara əsasən, bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq. Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq. Bundan başqa, 8 mart tarixi də şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq. Beləliklə, Azərbaycanda gələn ay 10 gün bayram edəcəyik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Movqe.az-a bildirib ki, bayram günləri ilə bağlı hansısa dəyişiklik olmayacaq: "Bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunacaq. Martın 20-24-ü bayramdır. Orada əlavə şənbə bazar günləri, ayın 25, 26-sı var. Həmin günlər də bayram hesab ediləcək".