Fransa parlamentinə Xocalı soyqırımı barədə bəyanat veriləcək

20 Fevral 2014 10:07 (UTC+04:00)
Parisdəki "Azərbaycan evi" Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar fevralın 23-də anma mərasimi təşkil edəcəkdir. Mərasimdə "Xocalı uşaqların gözü ilə" adlı rəsm sərgisi təşkil olunacaq və iştirakçılara soyqırımı haqqında materiallar paylanacaqdır. Mərasimin keçiriləcəyi "Sülh divarı" abidəsinin önünə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq güllər düzüləcəkdir. "Azərbaycan Evi" Fransa parlamentinə Xocalı soyqırımı ilə bağlı bəyanat təqdim edəcəkdir.