Azərbaycanlı deputatlar vəhşi heyvanların əhatəsində (FOTO)

20 Fevral 2014 10:46 (UTC+04:00)
Azərbaycanlı millət vəkilləri Fazil Mustafa və Azər Badamov Afrikaya səfər ediblər. Deputatlar Cənubi Afrika respublikasında olublar. Milli məclisin nümayəndələri Afrikada vəhşi heyvanları da siyarət ediblər. Fazil Mustafa vəhşi heyvanların əhatəsində çəkdirdiyi fotoları sosial şəbəkədəki səhifəsinə də yerləşdirib. 
Movqe.az deputatların məcaralarını təqdim edir. Deputat Yohannesburqu mədəniyyətlərin qarşıdurması deyilən tezisin əsl təsdiqinin görülməsi mümkün yer adlandırıb. F.Mustafa Afrika xatirələrini bölüşüb. "Burada qəribə bir mənzərənin şahidi olursan. Saat 5-dən sonra bütün irili-xırdalı mağazalar bağlanır. Bu saatdan sonra eərzağı ancaq yanacaqdoldurma məntəqələrindəki kiçik mağazalardan ala bilərsiz. Mağazaların erkən bağlanmasının birinci səbəbi təhlükəsizlikdirsə, ikinci səbəbi şübhəsiz ki, tənbəllikdir. Şənbə və bazar günləri işləməyi sevmirlər. Səhərdən-axşama qədər arı kimi çalışan bizim ticarətçilərin qədrini burada daha yaxşı bilirsən. Afrika həqiqətən dəyişir. Bizim də Afrikaya baxışımız dəyişməlidir. Yaxşı olar ki, gələcəyin Afrikasına cənubdan baxaq - Cənubi Afrikadan".