Azərbaycanda təhlükəli xəstəliklə bağlı qanun qəbul olunacaq-Eksklüziv

20 Fevral 2014 11:43 (UTC+04:00)
Milli Məclisdə təhlükəli xəstəliklə bağlı yeni qanun qanun qəbul oluna bilər. Bu barədə Movqe.az-a Milli Məclisin deputatı Rafiq Məmmədsənov məlumat verib. R. Məmmədhəsənovun sözlərinə görə, bu gün "Hepatit C" virusu ilə bağlı qanunun qəbuluna ciddi ehtiyac var: "Biz çalışırıq ki, "Hepatit C" ilə bağlı qanun qəbul olunsun. Artıq bu qanun layihəsinin hazırlanmasına başlanılıb. Bu qanun layihəsində "Hepatit C" virusuna yoluxma hallarının qarşının alınması, həmin virusa yoluxanlara tibbi yardım və sair nəzərdə tutulub. Hazırda səhiyyənin qarşısında duran bu məsələ priotetdir".