Dövlət qurumunun saytı dayanacaq
20 Fevral 2014 12:55 (UTC+04:00)
TQDK internet saytının istifadəçiləri üçün
xəbərdarlıq edib. Movqe.az Komitənin saytına istinadən xəbər verir ki, qurumun
rəsmi internet saytının Xüsusi Dövlət Mühafizə Xidmətinin
sərəncamında olan dövlət orqanları üçün məlumat və resurs
mərkəzində yerləşdirilməsi, əhaliyə göstərilən elektron xidmətlərin
keyfiyyətini artırmaq məqsədilə quraşdırılmış yeni serverlərin
elektron hökumət portalına inteqrasiya edilməsi və digər zəruri
tədbirlərin həyata keçirilməsi ilə əlaqədar 21 fevral 2014-cü il
saat 14:00-dan 24 fevral 2014-cü il saat 10:00-dək TQDK-nın
saytının işində müəyyən qısa və uzunmüddətli dayanmalar müşahidə
olunacaq. Narahatlığa görə üzr istəyirik.