Ədalət Elzanın təyyarədə edəcəyi konsertdən danışdı

20 Fevral 2014 13:45 (UTC+04:00)
Müğənni Ədalət Şükürov həmkarı Elza Seyidcahana dəstək olub. Təyyarədə konsert verməyə hazırlaşan Elzaya dəstək olan Ədalət Şükürov ona məsləhət də görüb : " Buna normal baxıram. Elza biznes aviasiya xidmətlərindən istifadə edib, təyyarə kirayələsə və 2-3 saat konsert verə bilər. Sadəcə Elzanın imkanı varsa 30 min ödəməlidi. Göydə uça-uça konsert vermək olar. Elza özü də ekstravaqant xanımdır. Onun bunu etməsi mümkündür.


Qeyd edək ki, Elzanın bu konserti baş tutarsa Ədalət Şükürov da iştirak edəcəyini bildirib.