Ərdoğanın qızları məhkəmədə mühakimə olunacaq

20 Fevral 2014 15:40 (UTC+04:00)
Baş nazir Ərdoğanın iki qızı da o iddiada mühakimə olunacaq. Baş nazirin qızları 28 Fevral iddiasında mühakimə olunanlar siyahısına əlavə edilib. 


 Movqe.Az xəbər verir ki, Kartal Məhkəməsində bir araya gələn "Kadem" üzvü olan qadınlar bir mətbuat şərhi edərək , Ankara 13. Cəza Məhkəməsində baxılacaq 28 Fevral iddiasına müdaxilə etmək üçün Anadolu Ceza Məhkəməsinə müraciət ediblər.


Erdoğanın iki qızı da "Kadem" üzvləri ilə birlikdə müraciət edib . Vəkilləri vasitəsilə ərizə təqdim edən Esra Albayrak və Sümeyye Ərdoğan , hicablı olduqları üçün 28 fevral dövründə Türkiyədə oxuya bilmədiklərini və ölkə xaricinə çıxmaq məcburiyyətində qalmaları səbəbiylə "zərər çəkmiş" olduqlarını bildirib.