Həmvətənlilərimiz haqqında ən çox kitab yazan həmvətənlimiz...

20 Fevral 2014 11:00 (UTC+04:00)

,,Kitab bilik mənbəyidir, onu sevin"

  Bu dəyərli kəlam indi çox da dəbdə olmayan, Böyük proletar yazıçısı,barəsində SSRİ xalq rəssamı Mikayıl Abdullayev tərəfindən ,,M. Qorki  1928-ci ildə Bakıda" adlı tablo yaratmış Maksim Qorkiyə məxsusdur. Həmin sözlərin olduqca mənalı, həqiqətə uyğun olduğuna kim şübhə edər?! Zənnimcə , heç kim.

Yaxud xalq arasında belə sözlərə rast gəlirik ,,Kitabsız elm, elmsiz gələcək yoxdur". Bu deyimin doğruluğuna kim şübhə edər. Təcrübə də, həyat da təsdiq edir ki, bu , belədir.

    "Ümumrusiya Azərbaycan Konqresi" Murmansk bölməsinin Mətbuat, informasiya və ictimaiyyətlə iş mərkəzinin rəhbəri,  Rusiya və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, RF Murmansk Vilayəti Qubernatorunun Millətin İşləri üzrə Məşvərət Şurasının üzvü Əlıhüseyn Şükürov "MÖVQE"yə yazır ki,  Yaradıcılığı haqqında söhbət açmaq isdədiyim Ramin Məmmədovun illər boyu yazılıb doldurulmuş, indi səliqəylə onun arxivində saxlanılan iş dəfdərlərində bu cür kəlamlara tez-tez rast gəlirəm. O, özü isə deyir ki,  ,, Bir çox qaranlıq yollara ancaq kitab işıq sala bilər". Onunla görüşümüz zamanı bildi ki, kitablarına həsr olunmuş yazı hazırlamaq fikrindəyəm. Bununla əlaqədar bu gün kitaba olan münasibətdən, kitab oxuma səviyyəsinin aşağılığına mülahizələrini danışdı, fikir bildirdi. Müəllifinin adı yadına düşməyən ,, Ən savadsız oxucu, ən dahi yazıçını belə məhv edə bilər"  sözl ə rini də xatırladı. O, deyir: 

    -Yaşadığımız dövrd ə kitabla bağlı xeyli söz-söhbət yaranıb. İş orasındadır ki, bunu biləndə bilməyəndə danışır. Gərək insan səviyyəcə , savadca səlahiyyətli olsun hansısa bir kitabdan söhbət açmaq, toplunun dəyərinə qiymət vermək üçün. Onu da unutmaq olmaz ki, səviyyəsindən , savadından asılı olmayaraq hər deyilmiş fikirdə bir mə na, bir həqiqətd ə var. Hər halda hər yazılan kitabdan da nəsə yeni bir şey öyrənmək olar. Bu mövzuda, eləcə də başqa sahələrdən söz deyərkən məsuliyyətsizliyə də yol vermək olmaz. Sadəcə olaraq hər kəs onu maraqlandıran və ya ona lazım olan kitabları, ayrı-ayrı əsərləri oxuyur,öyrənir.O ki,qaldı hazırda kitaba, oxumağa münasibət...bu başqa məsələ. Adamlar indiki quruluşda daha çox ailə  problemləri ilə məşqul olur. Dig ər tərəfdən kitabın təbliğ olunması da zəifdir,  kitab oxumağa vaxt da azdır.Bu barədə hamımız düşünməliyik.Və bir ağrılı məsələyə toxunmaya bilmirəm.Belə ki,i ndi bir çox kitab həvəskarlarının mağazadan kitab almağa maddi durumu yol vermir.İmkanı olanlarınsa böyük əksəriyyəti daim məşğul olduğundan,eləçə də bu işə həvəsi olmadığından kitab almağa və oxumağa biganəlik göstərirlər. ..

    Ramin Məmmədovun  "Vətən həsrətiylə keçdiyim yollar" adlı 1994-cü ildə "Şur" nəşriyyatında  işıq  üzü  görmüş 90 səhifəlik  toplusu əlimdədir. Kitabı vərəqlədim, içindəki  yazılarla tanış oldum. Burda müəllifin illərlə qələmə aldığı oçerkləri, məqalələri, zarisovkalarlı və başqa publisistik yazıları cəmlənmişdir. Onun  Sibirdə yaşadığı  dövrdə,yəni 1992-ci ilə kimi Tümen, Nijnevartovsk qəzetlərində, eləcə də ölkəmizin  müxtəlif mətbu orqanlarında çap olunmuş həmin yazıları həyatımızın müxtəlif problemlərindən, qürbətdə və Azərbaycanımızda DİO-da çalışan  soydaşlarımızın mərdlik və şücaətindən, Qarabağ  həqiqətlərindən və o dövrün  başqa ağrılı-acılı problemlərindən, eləcə də milli  məsələ, beynəlmiləlçilik sahəsində buraxılmış irimiqyaslı səhvlərdə  bəhs edilir.                                                                                                R.Məmmədov 1988-ci ildən başlayaraq erməni  təcavüzünü, onların  törətdikləri vəhşilikləri açıqlayan bu  məqalələri ilə bir zamanlar Azərbaycandan  uzaqlarda ictimai fikrin obyektiv formalaşmasına çalışmış və qarşıya qoyduğu məqsədəqinə qismən də olsa nail olmuşdur.Unutmayaq ki, informasiya blokadasında olduğumuz o dövrdə millətimiz üçün bu olduqca yararlı və gərəkli bir  iş, dəstək idi. Bu barədə nəşrin redaktoru,şair- jurnalist Qəşəm İlqar toplunun əvvəlində təqdim edilmiş "Redaktordan" adlı qeydlərində daha maraqlı yazır:"Neçə il öncə "Yurddaş" qəzetində təsadüfən rastlaşdığım, elə həmin ilk görüşdən də doğma el-oba üçün özünü  pərvanə tək oda-közə vurduğunu, Səməndər kimi vətən üçün yandığını yəqin etdim…                                                                                                       

     Doğrusu, o ilk görüşdən aldığım təəssürat, onun uzaq Sibirdə Vətən üçün necə böyük ürək yanğısıyla çalışması; torpaq, yurd, el-oba təbbəssümü çəkməsi və digər  keyfiyyətləri barədə geniş bir yazı hazırlamaq istəyirdim.Lakin onun özünün müxtəlif  vaxtlarda, müxtəlif mətbu orqanlarında dərc etdirdiyi, eləcə də özü barəsində yazılanları nəzərdən keçirdikdə buna  ehtiyac duymadım. Axı yazılarının birində onun işgüzarlığı, elmə, təhsilə necə can atması, başqasında  ürəyinin Vətən həsrətilə necə  döyünməsi, digərində yurda, torpağa necə gərəkli olması, ayrı-ayrı  yazılarında yurddaşlarımızın  uzaq Sibirdə müdafiəçisi kimi müxtəlif  qəzet  səhifələrində  vaxtaşırı çıxışlar  etməsi, onların alçalması və təhqir olunmalarına cəsarətlə imkan verməməsi, "Qarabağ münaqişəsi" başlayan  gündən Azərbaycanla, döyüş bölgələriylə necə sıx əlaqə  saxlaması və s. və i.a. xüsusiyyətləri əziz  oxucu, elə Sizə  təqdim olunan  yazılarda açıqlanır".

   Kiçik bu kitabda getmiş  ayrı-ayrı  sahələrə, lakin aktual məsələlərə toxunan  qeydləri  oxuduqca  indi başqa problemlərlə əvəz olunmuş  həmin  dövrün  problemləri  kino  lenti kimi  gözlərimiz  qarşısında canlanır. Elə yazıların bəzilərinin adlarını  xatırlatmaqla da  bir çox məqamların  aydın  olacağına inanıram: "Dostluğu  möhkəmlədək",  "Ancaq  belə  dəf edə bilərik","Ümid və həyəcanla"…Bunlar 1986-1992-ci illərdə Nijnevartovsk və Tümen  qəzetlərində getmiş onlarla  yazılardan  bir-ikisidir. İndi həmin  illərdə doğma  Azərbaycanımızın qəzetlərinə uzaq Sibirdən  göndərərək  çap etdirdiyi  yazılarının adlarına nəzər yetirək: "Qürur hissi, Vətən məhəbbəti", "Xalq qəzeti"nin redaksiyasına", "Tümenli həmvətənlərimiz", "Qarabağ qan çanağında", "Təhqir olunuruq: niyə?", "Mənəvi yaralar çox gec sağalır"…

   Kitabın 22-ci səhifəsində "Adımıza layiq" adlı  yazı var. Bu, müəllifin 28 may  1991-ci il  tarixli "Qəbələ" qəzetində  çap olunmuş  qeydləridir. Orada  bu günümüz üçün də aktuallığını  itirməmiş məsələlərə toxunulduğu  üçün həmin  məqalədən fraqmentləri  diqqətinizə  çatdırıram: "Vətəndən çox-çox uzaqlarda yaşasaq da, qəlbən  öz  torpağımıza  yaxınıq. Bu is təbiidir. Axı,  biz qəhrəman bir xalqın övladlarıyıq:Babəkin,Nizaminin,N.Nərimanovun,İ.Qutqaşınlının, Hüseynxan Naxçıvanskinin nəslindənik. Bax elə  buna  görə də  yaşadığımız şəraitdən asılı olmayaraq xalqımızın, millətimizin adını harada olsaq da  uca  tutmaq, onu əks  təbliğatdan qorumaq bizim  vicdani  borcumuzdur.

   Təkcə  bizim  yaşadığımız  Nijnevartovskda  30 mindən çox  azərbaycanlı var. Qonşu Surqut, Tobolsk, Tümen, Radujnı və s. şəhərlərdə də vəziyyət  təxminən belədir. Acı olsa da qeyd etməliyik ki, onların əksəriyyəti  burada nəyin  bahasına  olursa olsun, varlanmaq  həvəsi  ilə  yaşayır, dini də imanı da  pul qazanmağa qurban edir,hətta millətimizin adına,şərəfinə  yaraşmayan cinayətlər  törədənlər də  az  deyil. Bax, belələri vətəndən uzaqlarda yaşayan  yaxşı yoldaşların da adını  ləkələyir, təbliğat işimizə əngəl dörədirlər. Azərbaycan  torpağının adını, şərəfini qoruyub saxlayan yoldaşlar haqqında Azərbaycan DİN-in  "Na boyevom postu",  "Şəmkirin "Ulduz",Tovuzun "Həqiqət" qəzetlərində çıxış etmişəm. Bu işi gələcəkdə də davam etdirəcəyəm.

   Hal-hazırda burada yaşayan bir jurnalist, milliyətcə tatar  qadın tatar, başgir,Azərbaycan millətlərinin birgə  qəzetini yaratmaq istəyir. O, bizim xalqımıza hörmət bəsləyir.Həmin qəzetin açılmasına dair təbliğatı şəhərimizin "Mestnoye vremya","Varta"qəzetlərində aparırıq. Müsəlman qəzetini yarada bilsək, yəgin ki, azərbacanlılarımız haqqında da doğma dilimizdə maraqlı mövzularlla çıxış edəcəyik. Bu bizi çox sevindirər"

  Bir  il sonra, yəni 1995-ci ildə Ramin Məmmədov "Yaddaşımın izi ilə" adlı kitabı ilə oxucularla görüşə  gəldi. Azərbaycanın  hərb  tarixinin şanlı səhifələrini yazmiş mərd sərkərdələrimiz, adını qanları ilə  ədəbiyyata həkk  etmiş cəsur  övladlarımız  və  uzaqlarda  yaşayıb işləyən ləyaqətli oğullarımız  haqqında  söhbət açan müəllif həmin dövrdə müharibə şəraitində yaşayan ölkəmizdə vətənpərvərlik, yurda bağlılıq, millətə sədaqət ideyalarını bu topluda tərənnüm edir. 

     ,,Qəbələ" qəzetinin ağsaqqal əməkdaşlarından biri, gözəl qələm sahibi Miri Rəhimov Ramin Məmmədovun "Yaddaşımın izi ilə" kitabı ilə bağlı işlədiyi qəzetin 9 noyabr 1995-ci il tarixli sayında geniş yazı çap etdirmişdir. Həmin qeydlərdə belə cümlələr də var: ,,Müəllifin ikinci kitabını oxuduqca belə qənaətə gəlirsən ki, gənc olmasına baxmayaraq, o, geniş dünya görüşünə və müşahidə qabiliyyətinə malikdir. Tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi yaxşı bilir. Xüsusilə hərb tariximiz haqqında hərtərəfli məlumata yiyələnmişdir və yeri gəldikcə əsərlərində bunlardan yaradıcılıqla istifadə edir. Onun yazılarında istinad etdiyi faktların dəqiqliyi diqqəti xüsusilə cəlb edir. Hiss edirsən ki, müəllif həmin kitabın işıq üzü görməsi üçün tələsikliyə yol verməmiş, gərgin axtarışlar aparmış, müəyyən adamlarla şəxsən görüşüb söhbət etmiş, ayrı-ayrı mətbuat səhifələrində gedən yazılardan qidalanmışdır. Nəticədə sanballı bir əsər meydana çıxmışdır. Kitabın geniş oxucu kütləsi üçün əhəmiyyəti və dəyəri də elə bununla bağlıdır. Əsər tarixilik və xronoloji ardıcıllıq baxımından da əhatəliliyi və zənginliyi ilə seçilir"...

      Topluda iyirmi səhifədən artıq yer  tutan ,,Sibir dəftəri"nd ə n v ə ya yaddaşımın izi il ə" adlı publisistik yazını oxuduqdan sonra m ə n d ə bir çox başqa hörm ə tli ziyalılar kimi bel ə q ə na ə t ə g ə ldim ki, Ramin M ə mm ə dov Şeyx Nizamini, Mövlan ə Füzulini, ə qid ə si yolunda d ə risi diri-diri soyulan N ə simini, h ə rbi mundir altında ə sl v ə t ə ndaş ür ə yi g ə zdir ə n Mirz ə F ə t ə li Axundovu, yazıçı, ictimai v ə h ə rbi xadim,general-mayor İsmayıl b ə y Qutqaşınlını, k ə silmiş qolları ruha dönüb s ə mada dolaşan Bab ə ki, x ə yan ə t x ə nc ə ri il ə köksü d ə lin ə n Cavanşiri, tank qoşunları  general-mayoru, iki d ə f ə Sovet  İttifaqı Q ə hr ə manı  H ə zi Aslanovu, ə fsan ə vi  partizan Mehdi  Hüseynzad ə ni, b ə d ə ni il ə V ə t ə n yolunda düşm ə n tankının lül ə sinin ağzını bağlamış G ə ray Ə s ə dovu, İlk az ə rbaycanlı Sovet  İttifaqı Q ə hr ə manı İsrafil M ə mm ə dovu, Fransanın Milli Q ə hr ə manı, ş ə kili balası Ə hm ə diyy ə C ə brayılovu, h ə rb tarixinin şanlı s ə hif ə l ə rini yazmış m ə rd s ə rk ə rd ə l ə rimiz-general S ə m ə d b ə y Mehmandarovu, ,,Artileriyanın allahı" Ə liağa Şıxlinskini, kosmos fatehl ə rin ə xeyir-dua verib s ə maya yola salan Sosialist Ə m ə yi Q ə hr ə manı, general-leytenat K ə rim K ə rimovu, Böyük V ə t ə n müharib ə sind ə misilsiz xidm ə tl ə ri olmuş Az ə rbaycan qızları-t ə yyar ə çil ə r, haqqında film ç ə kilmiş, S ə m ə d Vurğunun ,,Leyla" şeirinin,el əcə də "İsm ə t" filminin q ə hr ə manı, sin ə sind ə ,,Ş ə r ə f nişanı" ordeni v ə çoxlu medallar g ə zdir ə n Leyla  M ə mm ə db ə yovanı, 500-d ən artıq döyüş uçuşu keçirmiş, Lenin  ordeni, 2-ci d ə r ə c ə li V ə t ə n  müharib ə si, 2 Qırmızı Ə m ə k Bayrağı, 2,,Ş ə r ə f nişanı" ordenl ə ri v ə onlarla medallara layiq görülmüş, ,,T ə yyar ə çinin qeydl ə ri "  (Bak ı -1969;rus dilində) kitabının müəllifi Züleyxa Seyidməmmədovanı, Böyük Vətən müharibəsi qəhrəmanı, partizan hərəkatı iştirakçısı, həkim F.Ə.Rüstəmbəyovun qızı, həmin dəhşətli, qanlı-qadalı müharibənin ilk günlərindən Moskva, sonra Smolensk yaxınlığında tibb-sanitar batalyonunda xidmət etmiş, 1941-ci ildə əsir düşən və 1942-ci ilin əvvəllərində əsirlikdən qaçan, Smolensk meşələrində fəaliyyət göstərən ,,Deduşka" partizan dəstələrinə qoşulmuş, tibb-sanitar batalyonunun rəisi olmuş, çoxlu partizanı ölümdən xilas etmiş, döyüşlərin birində özü də həlak olmuş qəhrəmanlığına M.Dilbazinin ,,Partizan Aliyə" poeması həsr olunmuş Aliyə Rüstəmbəyovanı, yazıçı və bəsdəkarlarımızdan Hüseyn Cavidi, Səməd Vurğunu, Niyazini, Qara Qarayevi, ittifaqın qaz sənayesi  naziri olmuş Sabit Orucovu, Qərbi  Sibir neftinin korifeyi, Sosialist Əməyi Qəhrəmanı,  Rusiya Elmlər  Akademisyasının müxbir  üzvü, SSRİ geologiya nazirinin birinci müavini Fərman Salmanovu və başqalarını misal gətirir və Azərbaycan xalqının varlığını danan, bu xalqa böhtan atmaq istəyənlərə layiqli və  tutarlı cavablar verir. Millətçi erməni ekstremistlərinin hiyləgərliyini  ifşa etməklə  Dağlıq Qarabağ haqqında əsl həqiqətləri cəsarətlə açıb göstərir. Bir hörmətli  jurnalistin dediyi kimi, ümumiyyətlə müəllif  xalqımız haqqında Azərbaycandan uzaqlarda ictimai fikrin  formalaşasına  çalışmış və qarşısına  qoyduğu  məqsədə əsasən nail olmuşdur.

    Adı  çəkilən kitabla  bağlı " Zaman" qəzetində (06.03.1996) "Yaddaşımın izi ilə" adlı  yazısında şair- publisist, "Kredo" qəzetinin baş redaktoru, bir  çox dəyərli kitabların müəllifi  Əli Rza Xələfli  deyir: "Kitabda elə yazılar  var ki, elə parçalar,yaxud ifadələr  var ki, bu günün zirvəsindən bəlkə də  gücsüz kimi  görünür. Bu xüsusiyyət  müəllifin kitabında da  gözə çarpır. Amma o qorxmur: "O yolu ki,  biz gəlmişik, onu  danmaq olmaz" deyir.

    Ramin Məmmədovun Sibir  həyatı 1992-ci ildə başa çatdı. Bunu  yəgin ki,  diqqətli oxucular da yuxarıda gətirilmiş bəzi  faktlardan bildilər. Bundan düz  dörd il  keçmiş onun "Qəbələ: insanlar, talelər, ziyalılar" adlı birinci  kitabı işıq üzü gördü. Bununla bağlı Azərbaycan jurnalistlər birliyinin üzvü Miri  Rəhimov yazır: "Raminin  sevimli oxucularına  təqdim etdiyi  bu kitabda doğma diyarın bir parçası tədqiqat obyektidir. Burada  qədim  Qəbələnin tarixi, coğrafiyası, maraqlı adamları, sənət fədailəri bir sözlə, ləyaqətlilərin ləyaqətliləri tərənnüm edilir. Bu  obyektlər, bu insanlar haqqında duzlu və zəngin publisist qələmlə söz açılır.Dəyərli sözün əhatəsində isə doğma diyarın keşməkeşli dünəni, təlatümlü bu günü və  ümidverici sabahı  canlanır. Yazıçı-jurnalistin əsas məqsədi isə yurddaşlarını bir-birinə bir azda  yaxınlaşdırmaq, daha da doğmalaşdırmaq,qorxulu bəla olan  unutqanlıq pərdəsini aradan qaldırmaqdır. Kitabı  vərəqlədikcə bir daha  əmin olursan ki, Ramin İsmayıl bəy  Qutqaşınlı (1806-1869), İbrahim bəy Musabəyov (1881-1942), Vahid Qəhrəmanov (1900-1978), Ümnisə Musabəyova(1902-1974) və digər görkəmli  adamlarımız haqqında tədqiqatlar və araşdırmalar aparmış, arxiv sənədlərinə söykənərək dəyərli portret-oçerklər yaratmışdır. Bu adamların çoxları ilə müəllif  şəxsən görüşmüş,artıq dünyasını dəyişmişlərin doğmalarını  tapmış lazım  gəldikdə fotoşəkillərlə  və arxiv sənədləri ilə  üzbə-üz oturub danışmağı  bacarmışdır...("Qəbələ" qəzeti, 29.08.1996). 

      Yəqin ki, diqqətli oxucunu maraqlandırır ki, Ramin məmləkətimizin ağır, keşməkeşli, müstəqilliyinə yenicə qədəm qoyduğu bir vaxtda Vətənə dönmüşdür, xidməti vəzifəsilə əlaqədar həmin illərdə onun yazıb-yaratmağa boş vaxtı olmamışdır. Bəs necə olmuşdur ki, bir-birinin ardınca o, publisistik kitabları ilə oxucularla görüşə gələ bilmişdir?! Necə deyərlər, yerli sualdır. Bununla bağlı açıqlamalarından birində o, qeyd etmişdir ki, Qəbələli ziyalılara dair hələ orta məktəb illərindən məlumatlar toplayırdı. Daha sonra görkəmli yazıçı və qiymətli müəllimimiz  mərhum Abdulla Şaiqin sözlərini xatırlamışdır: 

,,...Həqiqi bəxtiyarlığa çatmaq istəyirsənsə, özün deyil, başqalarını çalışmağa çağır. Çünki, həqiqi bəxtiyarlar cəmiyyət üçün yaşayanlardır". 

       Ramin Məmmədov öz növbəsində axtarışlar, araşdırmalar aparmış, sonra gərgin xidmətilə yanaşı yuxusuz gecələr keçirərək müxtəlif sahələrə dair itablar yazmasını xalqımıza, cəmiyyətimizə, dövlətçiliyimizə xidmət kimi qiymətləndirir. Hesab edir ki, kitabları qəhrəmanlarilə yanaşı onu da yaşadacaq. Doğrudan da bu belədir, təbii haldır. 

       Həmin 1996-cı ildə onun ,,Qəbələ: insanlar, talelər, ziyalılar" seriyasından ikinci kitabı da işıq üzü görür. Bu nəşrdə oxucular Azərbaycan EA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor, Əməkdar elm xadimi motor yanacaqları üçün xüsusi aşqar növləri sintez etmiş və onların istehsalının sənaye üsullarını işləyib hazırlamış Məcid Mərdənovla, dünyada ilk dəfə olaraq aşağı və yüksək temperaturlarda, müxtəlif təzyiqlərdə suyun və su buxarının istilik tutumu sahəsində və başqa tədqiqatları ilə tanınmış texnika elmləri doktoru, professor Ələkbər Kərimovla,Beynelxalq Elm Tarixi və Fəlsəfəsi Akademiyasının (Paris) ekstra-ordinar üzvü, kimya elmləri doktoru, professor Yusif Musabəyovla və soykökü Qəbələdən olan onlarla başqa alimlərlə tanış olurlar. Bu topluda diqqəti cəlb edən ,,Mənim qələm məktəbim-,,Qəbələ" qəzeti" adlı otuz beş səhifəlik yazı var.Həmin qeydlərdə müəllif, kitabı işıq üzü görən vaxtda 63 yaşı tamam olan ,,Qəbələ" qəzetinin tarixini işıqlandırmaqla yanaşı onun redaktorları, müxbirləri ilə bağlı da sənədli oçerklər təqdim etmişdir. İki il sonra-1998-ci ildə R.Məmmədovun həmin seriyadan olan üçüncü kitabı çıxır. Nəşrin əvvəlində verilmiş ,,Mənəvi borca sədaqətlə" yazısında tarix elmləri doktoru professor, bir neçə il sonra isə AMEA-nın müxbir üzvü adına layiq görülmüş Qara Əhmədov Ramin Məmmədovun əməyinə yüksək qiymət verir. Onun ,,Yaddaşımın izi ilə" kitabından maraqlı sitat gətirir: ,,Mən polis işçisiyəm. Çox görmüşəm ki, silahla, qanunun gücünə güvənərək həll edə bilmədiyim problemi bircə kəlmə söz həll edə bilib. Onda silahımın acizliyinə acı-acı gülmüşəm. Və bir də elə o vaxt qərara gəlmişəm ki, mənim bir ömürlük silahım da olmalıdır. Bu da qəlbimdən gələn, mənəviyyatımdan doğulan ürək sözlərimdir"

     Bu topluda getmiş ,,Qəbələ alimlərin gözü ilə" adlı geniş yazıda bu diyarın qısa tarixi oçerki işıqlandırılır. Həmin nəşrdə müəllifin atası, qabaqcıl maarif xadimi Huseyn Məmmədovun ,,Tarix-Diyarşünaslıq muzeyi rayonun güzgüsüdür", Əməkdar mədəniyyət işçisi, Qəbələ rayon Tarix-Diyarşünaslıq müzeyinin direktoru Xalis Məmmədovun ,,Hacı İsmayılbəy Qutqaşınlının Xatirə-Ev  muzeyi haqqında" adlı yazıları da verilmişdir. Kitabda Qəbələ rayonuna bir zamanlar rəhbərlik etmiş şəxslərə, Sosialist Əməyi Qəhrəmanlarına, alimlərə və başqa ziyalılara geniş yer ayrılmışdır.

      Bir qədər irəli gedərək qeyd etmək isdəyirəm ki, Ramin Məmmədov 2005-ci ildə əslən Qəbələli olan 100 nəfər alim, yazıçı, jurnalist və dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən ,,Qəbələ ziyalıları" adlı daha bir kitab nəşr etdirmişdir.

      Yazıçı-jurnalisti azərbaycançılığın təbliği, Qarabağ həqiqətlərinin vətənimizin hüdudlarından kənarda yayılması, diaspor cəmiyyətlərimizin işinin araşdırılması, Rusiyadakı qabaqcıl soydaşlarımızın, alimlərimizin axtarılıb tapılması məsələsi daha çox düşündürürdü. Elə böyük alim, saf və ləyaqətli vətəndaş Xudu Məmmədov da deyərmiş: ,,Azərbaycanı təkcə sevmək yox tanıtmaq lazımdır". Bu həvəs, arzu və məqsədlə Ramin Məmmədov 1998-ci ildə öz məzuniyyəti hesabına Rusiyanın Moskva, Kaluqa, Surqut, Nijnevartovsk və başqa şəhərlərinə səfər edir. Bundan bir il öncə isə Rusiya paytaxtında xidməti ezamiyyətdə olarkən və ondan əvvəl artıq gələcək planlarını cızmışdı. Həmin planları reallaşdıraraq 1999-cu ildə o, rusca ,,Bakıdan Moskvaya" kitabını oxuculara təqdim edir. 

      Toplu ümumilli liderimiz, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan-Rusiya əməkdaşlığının dünəni, bu günü və sabahı barədə söylədiyi fikirlərlə açılır. 

       Müəllif 1998-ci ildə Moskvada buraxılmış ,,Böyük ensiklopedik lüğəti" kitabında yer almış 60-dan çox həmyerlimiz-dövlət, hərb, ədəbiyyat, incəsənət nümayəndələrini, Azərbycanımıza aid başqa məlumatları ,,Rusiyanın böyük ensiklopedik lüğəti bizim haqqimizda" başlığı altında öz kitabında geniş oxucu kütləsinə təqdim etmişdir. Nəşrdə, eləcə də Moskvada ayaq açmış bir çox nüfuzlu ensiklopedik nəşrlərdə törədilmiş erməni saxtakarlığı barədə açıqlama verilmişdir. 

      Kitabın 48-49 cu səhifələrində verilmiş ,,Azərbaycan xalqına eşq olsun" yazısını Sovet İttifaqı Marşalı Fiodor İvanoviç Tolbuxin 1945-ci ilin aprel saylı ,,Bakinski raboçi" qəzetində dərc etdirmişdir. Rus oxucuları tərəfindən xüsusi maraqla qarşılanan ,,Doğma Bakıda qalırıq" yazısından açıq-aydın görünür ki, hətta 20 Yanvar qanlı faciəsindən sonra belə bizim xalqımız başqa millətləri ölkəmizdən qovmamışdır. Əksinə, ziyalılarımız, o cümlədən xalq şairi Bəxtiyar Vahabzadə mətbuat vasitəsilə xalqa müraciət edərək insanları səbirli, dözümlü, təmkinli olmağa çağırmışlar. Bəxtiyar müəllim xalqımızın dosta, qonşuya olan hörmətini açıqlamış,başqa millətlərin nümayəndələrinə isə təxribatlara uymamağı, Bakıdan çıxıb getməməyi tövsiyə etmişdir.

      ,,Bakıdan Moskvaya" kitabında müəllifin ,,Voprosı İstorii" jurnalının baş redaktoru, Rusiya EA-nın müxbir üzvü Əhməd İsgəndərovla, SSRİ xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı Tahir Salahovla, ötən əsrin 80-90-cı illərində Zaqafqaziyanın tarixinə dair kitablar yazaraq xalqımızın haqq işini, ,,Qarabağ bizimdir" sözlərini müdafiə etmiş Rusiya tarixçisi, tarix elmləri doktoru Dilarə İsmayılzadə ilə, qocaman ,,Zaşita i karantin rasteniy" jurnalının baş redaktoru Vladislaf Eduardoviç Savzdarqla və Moskvada başqa maraqlı adamlarla görüşlərinə dair də xeyli yazılar getmişdir.

      İstər Nijnevartovskda, istərsə də Lökbatanda, Ramin Məmmədov taleyin hökmilə yaşadığı və işlədiyi bölgənin adamlarına dərin hörmət və diqqətlə yanaşmışdır, əlindən gələn qayğını göstərmişdir. Bu baxımdan onun ,,Neftin işığında-Lökbatanda" (Bakı-Şirvannəşr-2000) kitabını da nümunə göstərmək olar. Bu qəsəbədə sahə inspektoru işləməyə başladığı vaxtdan buranın alimlərinə, neftçilərinə, uzun illər öncə dünyadan köçmüş, az qala unudulmuş istehsalat qabaqcıllarına dair məlumatlar toplayır. Bununla bağlı yüzlərlə adamlarla görüşməli olur. Nəticədə adı çəkilən kitabı yazır və nəşr etdirir. 

      Amma azərbaycançılığın təbliği onun fəaliyyətində həmişə birinci yerdə durur. Bir qayda olaraq hər il növbəti məzuniyyətini Rusiya şəhərlərinə yaradıcılıq səfərlərinə istifadə edir. ,,Ot Baku do Moskvı i daleye..." (Bakı-2000), ,,Səfərnamə-Puteşestviye" (Bakı-2001), ,,Puteşestviye"(2002), ,,Moskva: Oni rodom iz Azerbaydjana"(2002), ,,Moskva, Sank-Peterburq:Oni iz Azerbaydjana" (2003), Azərbaycan oxucuları üçün ,,Rusiya: ziyalılarımız, mətbuatımız, münasibətlərimiz" (2003), ,,Sibir dəftərindən"(2004) kitablarını nəşr etdirib oxucuların ixtiyarına verir. 

     Ramin Məmmədov vaxtından səkkiz il əvvəl (2004-cü ildə) təqaüdə çıxmasını belə əsaslandırır: Rusiyadan Vətətənə dönmüşdüm ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibədə mən də iştirak edim. Ölkəmizin faciəli, olduqca çətin günlərində doğma xalqımızla bir yerdə olmaq, mənə düşən yükün ağırlığını çiynimdə çəkmək istəyirdim. Belə də elədim. 

     Ümummilli liderimiz Heydər Əliyevin düzgün siyasəti, böyük təşkilatçılıq və quruculuq qabiliyyəti sayəsində sabitlik, əminamanlıq yaranandan sonra qəti qərara gəldim ki, polisdən getməyimə məni qınamazlar. İndi, informasiya müharibəsi dövründə mən azərbaycançılığın təbliğatını genişləndirməliyəm..."

     Onun qəlbində gəzdirdiyi vətənpərvərlik hissləri, şimal qonşumuz olan böyük bir ölkəylə-Rusiyayla dostluq əlaqələrimizi möhkəmlətməyə dair həmişə təbliğat aparması, bu dövlətin hüdudları çərçivəsində Azərbaycan həqiqətlərini yaymaq üçün ömrünün ən mənalı dövrünü şam kimi əritməsi göz qabağındadır. Elə yaradıcılıq fəaliyyətinin məhsuldarlığı da onun əsas işindən vaxtından əvvəl təqaüdə çıxmasına bəraəd qazandırmağa bizə əsas verir.

     Götürək onun ,,Rusiya: Ziyalılarımız, mətbuatımız, münasibətlərimiz" kitabını. Toplunun annotasiyasında deyildiyi kimi ,,Xalqlar dostluğunu, azərbaycançılığın təbliğini özünün baş mövzuları kimi seçən yazıçı-publisis R.Məmmədov bu növbəti kitabında da öz yaradıcılıq amalına sadiq qalmış, teleyini Rusiya ilə bağlamış 100-dən çox soydaşımız,qonşu ölkədə fəaliyyət göstərən onlarla Azərbaycan ictimai təşkilatının mətbu orqanları və bizə maraqlı olan başqa məsələlər haqqında müfəssəl məlumat verir. Oxucular onlara tanış olan Kərim Kərimov, Fərman Salmanov, Tahir Salahov, Müslüm Maqamayev... kimi xadimlər sırasında əvvəllər geniş oxucu kütləsinə tanış olmayan alim, coğrafiyaşünas-səyyah, tarixçi, etnoqraf, ədəbiyyatşünas Hacı Zeynalabdin Şirvani (1780-1837), 1954-cü ildən Rusiya Bəstəkarlar İttifqının üzvü, bu gün də Moskvada peşə və içtimai fəaliyyətini davam etdirən Asya Baxiş qızı Sultanova (1923), tibb  elmləri doktoru, professor, Rusiya Nazirlər Soveti mükafatı lauriatı (ölümündən sonra), Rusiyanın Əməkdar elm xadimi Həbib Abdulla oğlu Həbibov (1924-1993), alim-mühəndis-polkovnik, texnika elmləri doktoru, Moskvada kosmos sahəsində baş konstruktorun birinci müavini olmuş, maşınqayırma sahəsində qazandığı misilsiz nailiyyətlərinə görə 1976-cı ildə Lenin mükafatı ilə təltif edilmiş, ,,Kosmik tədqiqatları biləvasitə təmin etdiyinə görə Y.A.Qaqarin medalı ilə təltif edilmiş"(sitat sənədlərindəndir) Yusif Xaspolad oğlu İsmayılov (1928-1984), fəlsəfə elmləri doktoru, professor, əsərləri Türkiyə, Rusiya, İngiltərədə nəşr olunmuş Moskvada,,Şəhriyar" ədəbi məclisinin rəhbəri Rafiq Osman oğlu Qurbanov (Sarıvəlli) (1937-2005) və onlarla başqa görkəmli soydaşlarımızın qısa tərcümeyi-hal məlumatları ilə topluda tanış ola bilərlər.

    Dörd bölm ə d ə n ibar ə t olan h ə min n ə şrd ə ,,Rusiyada Az ə rbaycan ictimai t ə şkilatlarının m ə tbuat orqanları v ə başqa n ə şrl ə r" adlı bölm ə d ə h ə r birimiz üçün olduqca maraqlıdır. Kitabdan öyr ə nm ə k olar ki, Rusiya m ə kanında geniş f ə aliyy ə t gösd ə r ə n Az ə rbaycan diasporunun ictimai icmaları apardığı çoxşax ə li işin geniş t ə bliğ olması üçün ə n ucqar bölg ə l ə d ə bel ə özl ə rin ə m ə tbu orqanları t ə ssis etmişl ə r. M ə sl ə n, m ə rhum prezidentimiz Heyd ə r Ə liyev t ə r ə find ə n Moskvada yaradılmış Ümumrusiya Az ə rbaycan Konqresinin ,,Azerbaydjanskiy Konqress" q ə zetinin ilk sayı 2002-ci ilin avqustunda oxucuların ixtiyarına verilmişdir. El ə h ə min sayda s ə fir Ramiz Rızayevin ,,Tarixi dialoq: Az ə rbaycan Rusiya", şair-publisist Ə liş Ə v ə zin ,,Diaspor v ə islam dini", bütöv bir s ə hif əni tutan ,,Bir ilin xronikası " yaz ıları verilmişdir . Q əzetin ikinci nömrəsində bir neçə səhifə prezident Heydər Əliyevin 80 illik yubleyinə həsr edilmişdir. Burda Azərbaycan Demokratik Respublikasının 85 illiyinə, ADR-in rəhbərlərinin həyat və fəaliiyətinə dair çoxlu maraqlı materiallar getmişdir.

   Kitabın bu  bölməsindən bizə məlim olur ki, Moskvada "Azərros", "Azerbaydjan- XXI vek",  "Asudə vaxt","Azərbaycan diasporu", "Millətin qəzeti" və başqa qəzetlər, "Konqress azerbaydjantsev" bülleteni, "Media-forum" beynəlxalq jurnalı  nəşr olunur. Onlar öz səhifələrində,,Dünya azərbaycanlılarının həmrəylik günü haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 dekabr  1991-ci il tarixli qərarını, "Erməni terrorizminin mənbəyi",  "Azərbaycan biznesi: Amerikadan baxış", "Azərbaycançılıq haqqında düşüncələr","Ekstremizm nə deməkdir", "2003-cü ilin soyuq yayı","Sağlamlığınızı qoruyun","Şərq yumoru","Dostluq dənizi", "Puşkin və Quran", "Xeyirxahlıq keçmişdə indi və gələcəkdə xeyirxahlıq olaraq qalır" kimi ən müxtəlif aktual materiallar təqdim etməklə oxucuları məlumatlandırırdılar. 

       Daha sonra müəllif diqqətimizə çatdırır ki, Sank-Peterburqda "Vmeste","Ulu torpaq" və "Azəri", Nijni-Novqorodda və Tümendə "Dostluq-Drujba", İvanovoda "Azərbaycan-media", Novqorodda "Strana Oqney", Saratovda "Vətən", Surqutda "Birik" qəzetləri nəşr olunur. Qeyd etmək yerinə düşər ki, həmin qəzet və jurnalları Ramin Məmmədov Rusiya regionlarına səfərləri zamanı toplamışdır.

      R.Məmmədov təqaüdə çıxdıqdan sonra ilk, sayca isə on beşinci "Sibir dəftərindən" adlı kiçik həcmli, 40 səhifəlik kitabını torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş, Azərbaycan və digər MDB ölkələrində asayişi qoruyan zaman həlak olmuş poqon yoldaşlarının əziz xatirəsinə ithaf etmişdir. Burda Sovet dövründə Sibirdə baş vermiş, ağlagəlməz, dəhşətli cinayətlər "Cəlladlar" adlı bədii oçerkdə verilmişdir. Üç nəfəri o dövrün qanunlarına uyğun olaraq güllələnməyə məhkum olunmuş on iki nəfərdən ibarət cinayətkar qurupun məhkəmə prossesinin şahidi olmuş müəllif canilərin ağır cinayətlərini oxunaqlı bədii üslubda oxucularına açıqlayır. Həmin nəşrdə ağır cinayətlərdən bəhs edən daha yeddi bədii lövhə verilmişdir.


ƏlIHÜSEYN ŞÜKÜROV.