Paytaxt otellərində "nömrələrə" qalxan qadınlardan pul tələb olunur"-Özəl

20 Fevral 2014 16:03 (UTC+04:00)
Paytaxtda yerləşən bəzi otellərdə "nömrələrə" qalxan qadınlardan pul tələb olunur. Bu barədə Movqe.az-a Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova məlumat verib. M. Əzizov artıq bəzi otellərin otel adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyini söyləyib: "Bu yaxınlarda bizim Gürcüstandan və Rusiyadan qonaqlarımız gəlmişdi. Onları paytaxtın mərkəzində yerləşən otellərdən birinə yerləşdirmişdik. Onlarla otelə görüşə gedərkən qonaqlarımızın yerləşdiyi nömrələrə qalxan xanımlardan elə "qəbul" bölməsində pul ödəmək tələb olunuşdu. Məsələni araşdırdıqda məlum oldu ki, paytaxtda bəzi otellərdə nömrələrə qalxan xanımlardan pul tələb olunur. Otel rəhbərliyinin fikrincə,xanımlar nömrələrə qalxırlarsa deməli cinsi əlaqə xidməti üçün aldıqları puldan otelə də ödəməlidirlər. Hətta paytaxtda yerləşən əksər otellərdə bir neçə saatlıq otel xidməti məhz otelə bu məqsədlə gələnlər üçün göstərilir".