Qızları 4-cü sinifdən məktəbdən çıxarırlar,13 yaşında nişanlayırlar-Eksklüziv

20 Fevral 2014 16:32 (UTC+04:00)
Azərbaycanın Şamaxı rayonunun bəzi kəndlərində qızlar 4-cü sinifdən məktəbdən çıxarılaraq nişanlanır. Bu məlumatı Movqe.az-a Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova verib. M. Əzizova bildirib ki, artıq Şamaxının bəzi kəndlərində qızların təhsildən yayındırılaraq erkən nikaha cəlb edilməsi faktları var: "Bizə rayondakı QHT-lərdən verilən məlumatlara görə, qızlar 4-cü sinifdə məktəbdən çıxarılır, 13 yaşında nişanlanır. 15 yaşında da         ərə verilir. Bu pis tendensiya davam etməkdədir".