Ukraynaya silah satışına embarqo qoyulur?

20 Fevral 2014 19:25 (UTC+04:00)

Avropa İttifaqı (Aİ) "zorakılığa görə cavabdeh şəxslərə qarşı" sanksiyalara əlavə olaraq, Ukraynaya silah satışına embarqo tətbiq etmək niyyətindədir. Bu barədə İTAR-TASS-ın əldə etdiyi Aİ Şurasının qərarında deyilir. Sənəd Aİ XİN rəhbərlərinin müzakirəsinə çıxarılacaq. Sənəd bütün Aİ ölkələri tərəfindən Ukraynaya "silah, daxili repressiya üçün istifadə oluna biləcək ikili təyinatlı texnika və vasitələr"in satışına qadağanı nəzərdə tutur. Bu tədbir, həmçinin "zorakılığa görə cavabdeh şəxslərə qarşı" ünvanlı sanksiyaların tətbiqinə əlavə ediləcək. Bura onların Avropaya səfərləri və bank hesablarının dondurulmasına dair qadağalar daxildir.