Bakının mənzil bazarında qiymətlər (SİYAHI)
20 Fevral 2014 19:00 (UTC+04:00)
Paytaxtın Sovetski adlanan ərazisində evlərin sökülməsi daşınmaz
əmlak bazarında qiymət artımına səbəb olub. Artıq kompensasiyaların
paylanması və söküntüyə start verilməsi daşınmaz əmlak bazarında
qiymətləri artırıb. Son bir ay ərzində paytaxt və ətraflarda
qiymətlər 20 faizdək coxalıb.
Tələbatın artması qiymətlərdə də əksini tapıb. Bazarda təklif
olunan mənzilin 1 kvadrat metrinin orta qiyməti 14 69 manatadır.
Amma evlərin qiymtləri müxtəlif zonalar üzrə dəyişib. Məsələn
Bakının mərkəzi hesab olunan 1-ci zonada qiymətlər 5,56 faiz
artaraq hər kvadrat metr ucun 2070 manat olub. 2-ci zonada 3,1%
bahalşma ilə 1617manat, 3 cü zona da 1,59% çoxalma ilə 1200
manatdır. Ən sürətli bahalaşma 4-cü zonada müşahidə olunur 12,5% və
hər kvadrat metrə görə 815 manat. Ən çox qiymət artımı olan
ərazilərə Xətai, Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarını
aid etmək olar. Mütəxəssislər il ərzində daşınmaz əmlak bazarında
qiymətlərin yüksələcəyinni proqnozlaşdırır Çünki sökülən evlərə
görə təxminən 10 min ailəyə kompensasiya verilməlidir. Bununla da
yeni evlərə olan təlabat ən azı bu qədər artacaq. belə bir
vəziyyətdə evələrin bahalaşması qaçılmazdır. Qarşıdakı ilk iki ay
ərzində evlərin kirayə qiymətinin də bahalaşması gözlənilir. Çünki
evləri sökülən vətəndaşlar yeni ev axtaran zaman kirayə mənzil
tutmaq məcburiyyətində qalır. Bundan başqa Sovetskinin sökülməsi
ilə başlayan bahalaşma prosesi tikinti materialları bazarında
qiymət dəyişikliyinə səbəb olacaq.. çünki yeni alınan evlər adətən
təmirsiz olur. bu insanlar da bazara üz tutacaq.