Ədliyyə leytenantı həbsxanaya narkotik keçirmək istədi

20 Fevral 2014 19:15 (UTC+04:00)
Ədliyyə leytenantı Bakıda cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirərkən tutulub. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik maddənin cəzaçəkmə müəssisəsinə keçirilməsi cəhdinin qarşısı alınıb. 5 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşı, ədliyyə leytenantı Elvin Valeh oğlu Qurbanovun nəzarət-buraxılış məntəqəsində üzərinə baxış keçirilən zaman corabının içərisində gizlədilmiş xalis çəkisi 103 qram olan narkotik maddə - "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.