İşdən çıxarılan aparıcı narazılıq etdi

20 Fevral 2014 19:30 (UTC+04:00)
Tanınmış jurnalist, Xəzər telekanalında `Xəzər Xəbəri`-in məşhur aparıcısı Anar Nəcəfli Xəzər Televiziyasından ayrılması ilə bağlı haqqında yeni yayılan məlumatlara aydınlıq gətirib. Movqe.az  xəbər verir ki, tanınmış teleaparıcı öz facebook profilində yayılan bu xəbərlərə istehzalı şərh verib: `Mənim işdən çıxmağıma səbəb nə Türkiyədə, nə də Suriyada baş verən hadisələr deyil. Əslində mənim bu cür addım atmağımın səbəbi Ukraynada baş verən hadisələrdi və bunun məsuliyyəti birbaşa Viktor Yanukoviçin üzərindədir. Bəlkə bəsdir reytinq xatirinə məntiqsiz şeylər yazdınız!!! Bir də məni heç kim işdən çıxarmayıb. Özüm öz istəyimlə ərizə yazıb işdən ayrılmışam`.