Ramiz Əzizbəyli sabah ailəsinin hesabına xəstəxanaya yerləşdirilir - SƏNƏTKARIN EVİNDƏN REPORTAJ

21 Fevral 2014 00:00 (UTC+04:00)

"Bəxt üzüyü", "Pirverdinin xoruzu", "Yalan" və s. filmləri ilə kino sənətinə əvəzsiz incilər bəxş etmiş bir sənətkar sözün həqiqi mənasında ölüm-dirim mübarizəsindədir. Bir neçə ay əvvəl iflic olub yatağa düşmüş xalq artisti, Azərbaycanın sayılıb, seçilən rejissorlarından Ramiz Əzizbəylinin səhhəti ağırdır. Baxımsızlıqdan, diqqətdən kənarda qalsa da, neçə-neçə əsərə ekran həyatı bəxş etmiş sənətkarın qüruru kimdənsə imdad istəməyə, yardım üçün müraciət etməyə imkan vermir. Əslində, onun kimdənsə kömək istəyəcək halı da yoxdur.

Movqe.az-ın əməkdaşları Ramiz Əzizbəylinin son durumu barədə oxuculara məlumat vermək üçün sənətkarın evində olub. Xalq artistinin övladları, nəvələri yatağı başında növbə çəkir, sənət yoldaşı Azad Şükürov da onu yalnız qoymur.

Ağır xəstə yatağında belə gözləri işıldayan, sağalmaq üçün mübarizə aparan Ramiz Əzizbəylinin son durumuna kövrəlməmək olmur. Onu ağır xəstə yatağında, diqqətdən kənar görmək çox ağırdır. Açığı, bu mənzərə ilə barışmaq olmur. Mədəniyyət xadimlərinin daim hər bir qayğı ilə əhatələndiyi ölkəmizdə Ramiz Əzizbəyli kimi əsl sənətkarın diqqətdən kənar qalması ürəkaçan olmadığı qədər , heyrət doğurur.

Sağlığında qiymət verək sənətkarabu məqamda yerinə düşən ibarədir.

Ailəsi bu mənzərəyə qürurla səbr etsə , hər cür imkansızlığa rəğmən sabah səhər tezdən sənətkarı xəstəxanaya yerləşdirəcək.

Allah sənətkara şəfa versin. Kino sənətmizin ona böyük ehtiyacı var.