Yaşar Nurinin səhhətində dəyişikliklər var - Eksklüziv

11 İyun 2012 12:00 (UTC+04:00)
 Movqe.Az xəbər verir ki, səhhəti pisləşən Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin vəziyyətində dəyişikliklər var. 

Aldığımız məlumata görə, aktyorun vəziyyəti stabilləşir. Bu haqda onun həyat yoldaşı verdiyi açıqlamada bildirib.

Xatırladaq ki, aktyorun vəziyyəti pisləşdiyindən, Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Lakin sonradan müalicə üçün İstambula yollandı. Qeyd edək ki, Y.Nurinin vəziyyəti ağırlaşdıqda o danışa belə bilmirdi. Yanına isə həyat yoldaşı da daxil, heç kim buraxılmırdı.

Lakin bir müddətdir ki, İstambul şəhərində müalicə alan aktyor yaxşılaşır. Bunu Y.Nurini müalicə edən həkimlər bildirib.

Hal-hazırda aktyorun fizioterapiyası qalıb. Onuda güman olunur ki, aktyor Azərbaycanda alacaq.

Aktyorun həyat yoldaşı Rəhimə Nuriyevanın verdiyi məlumata görə, Yaşar Nuri qısa zamanda Azərbaycana qayıdacaq.

Türkan Nadriqızı

Movqe.Az