Türkiyə-Suriya sərhədində partlayış-Qan su yerinə axdı

21 Fevral 2014 09:35 (UTC+04:00)

Fevralın 21-də gecə Türkiyənin Kilis Öncüpinar sərhəd keçid məntəqəsinin Suriya hissəsində partlayış baş verib.

Movqe.az -ın məlumatına görə, Suriyanın Bab əs-Səlam rayonunda avtomobilə quraşdırılan bombanın partlaması nəticəsində azı 20 nəfər həlak olub. Mənbə bildirib ki, bu bölgəyə Azad Suriya Ordusu nəzarət edir. Əl-Qadəyə bağlı "İraq Şam İslam Dövləti" yaraqlılarının yük avtomobilinə quraşdırdığı bomba partlayıb.Hadisə Türkiyə tərəfdə də vahimə yaradıb. Sərhədi keçən 50-yə yaxın yaralı Kilisdəki dövlət xəstəxanasına yerləşdirilib. Partlayışdan sonra Öncüpinar sərhəd- keçid məntəqəsinə giriş dayandırılıb.