Ölkə prezidenti xalq artistinin ölümü ilə bağlı başsağlığı verdi

21 Fevral 2014 10:49 (UTC+04:00)

Nekroloqda Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyi bildirilir

Prezident İlham Əliyev və hökumət rəhbərliyi Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Şərifovanın vəfatı ilə bağlı başsağlığı verib. Movqe.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, nekroloqda Azərbaycan mədəniyyətinə ağır itki üz verdiyi bildirilir:


"Milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq Artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Firəngiz Abbasmirzə qızı Şərifova 2014-cü il fevralın 20-də ömrünün 91-ci ilində vəfat edib.


Firəngiz Şərifova 1924-cü il fevral ayının 6-da Bakı şəhərində anadan olmuşdur. 1931–1941-ci illərdə orta məktəbdə oxuyarkən Bakı Xoreoqrafiya Məktəbində də təhsil alıb. O, 1941-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, 1947-ci ildə həmin ali məktəbin vokal fakültəsini bitirib