Dünyanın ən sürətli 4G internet şəbəkəsi

21 Fevral 2014 10:53 (UTC+04:00)

Avstraliyanın 4G internet şəbəkəsi dünyanın ən sürətli yükləmə qabiliyyətinə malikdir. Bu haqda Movqe.Az "the Sydeney Morning Herald"a istinad edir. Lakin bu sürəti əldə etmək elə də ucuz başa gəlmir. İngiltərə firması "OpenSignal" tərəfindən "State of LTE 2014" hesabatı açıqlanıb. Hesabata görə, dünyada 6 milyon 4G istifadəçisi Android və iPhone tətbiqi vasitəsilə bunu telefonuna yükləyir. Yenə hesabata görə, avstraliyalılar müəyyən edib ki,  4G-in yükləmə sürəti orta hesabla hər saniyədə 24.5 meqabitdir. Bu serət İtaliya, Braziliya və Honq Konqda 21-22 Mbps-a çatır. OpenSignal istifadəçilərinə görə, Telstra və Optus şəbəkələrində 4G sürəti 24 Mbhs-dir. Lakin Braziliya Klaroda 4G sürəti dünyada rekord həddə çataraq saniyədə 28 Mbps olub.