Jurnalistin “Range Rover”inin şüşəsini sındırdılar - FOTO

21 Fevral 2014 11:32 (UTC+04:00)

Bakıda xanım jurnalistin avtomobilindən oğurluq edilib. Movqe.az xəbər verir ki, zərərçəkən jurnalist Esmira Qasımova facebook səhifəsində fotolar yerləşdirərək bildirib ki, yaşadığı Binəqədi rayonunda özünə məxsus "Rang Rover" markalı avtomobilin pəncərə şüşəsini sındırma yolu ilə maşından 3 min manat pul naməlum şəraitdə oğurlanıb. E.Qasımova hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət edib. Qeyd edək ki, E.Qasımova İctimai Televiziyanın əməkdaşıdır.