Suriya sərhəddində şiddətli partlayış olub

21 Fevral 2014 12:13 (UTC+04:00)

Kilisin Öncüpınar Gömrük darvazasının qarşısındakı Suriyanın Esselame Sərhəd keçid məntəqəsindən İraq Şam İslam Dövlətinin təşkil etdiyi deyilən hücumda 26 nəfər ölüb. 


Movqe.Az xəbər verir ki,bomba yüklü avtomobillə dünən saat 15.45 radələrində edilən hücumdan sonra çox sayda vasitə yanıb, ölən və yaralananlara ilk müdaxiləni ətrafdakı xalq edib.


 40-dan çox yaralı, sərhədə göndərilən təcili yardımlarla Kilis Dövlət Xəstəxanasına köçürülüb. 


Partlayışdan sonra 20 nəfərin hadisə yerində, 6 nəfərin isə müalicə üçün aparıldıqları Kilis Dövlət Xəstəxanasında öldüyü öyrənilib.