Çox oturmaq yaşlılara ziyandır

21 Fevral 2014 13:19 (UTC+04:00)

MovqeAz "The Daily Star" a istinadən xəbər verir ki, "Çox oturmaq 60 yaş və yuxarı yaşlı adamlar üçün təhlükəlidir" ABŞ alimləri belə deyir. Yaşlıların hərəkətsiz olduğu hər saat 2 dəfə zərərlidir. Bu haqda tədqiqat çərşənbə günü "Journal of Physical Activity & Health" də yayımlanıb. İki 65 yaşlı hərəkətsiz həyat keçirən qadın təsəvvür edin. Onlardan biri 12 saat, digəri isə 13 saat gün ərzində oturaq həyat keçirir. 13 saat oturaq həyat keçirən qadın digərinə görə 50% daha çox hərəkətsizdir. Tədqiqatı aparan Northwest universitetinin heyəti belə düşünür. Tədqiqat 2.286 60 yaşlı üzərində aparılıb. Tədqiqatın aparıcı həkimlərindən Dorozi Danlop yaşlılara məsləhət görür ki, televizor və kompyuter qarşısında çox oturmağı azaltsınlar və hərəkət etsinlər.