Müğənni şayiələrə aydınlıq gətirdi

21 Fevral 2014 13:28 (UTC+04:00)

Müğənni Yaşar Cəlilov Türkiyə ilə bağlı sualları cavablandırıb. Mövqe.az-a bu barədə danışan müğənni bildirib : "Mənim səfərim Türkiyə şou-biznesinə qatılmaqla bağlı deyildi. Təbii ki, hər bir sənətçi kimi bu, mənim də arzumdur. Amma bu, 1-2 günün içində həll olunan iş deyil, bunun üçün zamana ehtiyac var".

Müğənni Türkiyəyə getməyinin səbəbini də gizlətməyib:

"Bir neçə yeni mahnılarım üçün studiya işləri görüldü və tezliklə çəkiləcək klipim üçün yaxşıca geyim bazarlığı etmişəm. Yaxında qeyri-qdi kliplə qarşınızda olacağam" – deyə, etiraf edib.