“Ala gözlüm” bu dəfə tarda səsləndi - VİDEO

21 Fevral 2014 13:39 (UTC+04:00)

Tarzən Humay Qədimova klassik estrada janrının nümunələrindən olan "Ala gözlüm"ü tarda böyük musiqiçi heyətin müşayiəti ilə səsləndirib. Mövqe.az xəbər verir ki, ifaçının rəyinə görə, sənətçi dostları kompazisiyanı ilk dinləmədən bəyəniblər. Humay instrumental şəkildə mahnının hələ ki bu şəkildə hazırlanmadığını bildirib:

"Hamı kimi mən də "Ala gözlüm"ü sevilən sənətkarımız Akif İslamzadənin repertuarında dinləyib, sevmişəm. Repertuar təzələyən ərəfədə düşündüm ki, illərdir dinlədiyim bu kompazisiyanı niyə bu səpkidə hazırlamayım. Tar elə bir alətdir ki, hər musiqini özününküləşdirə bilmir. Alətin özəlliyi həm də ondadır ki, hər bayağı musiqini özünə yaxın buraxmır. Amma mən xarici, milli estrada və müxtəlif janrlarda ifa imkanımı nümayiş etdirməyə çalışıram. Artıq ANS-in bu səpkili layihəsində də yer almışam. "Ala gözlümü" hazırlayarkən onu mükəmmələşdirmək üçün çalışdım. Eyni zamanda kiçik musiqili əsərə digər alətlərin ifasını daxil etdim. Bundan sonra əsas fikir dinləyicilərindir".

Repertuar təzələyən Humay xanım bir-birinin ardınca yeni mahnılar təqdim edəcəyindən xəbər verdi.